Ukraynaya yardımın həcmi hərbi əməliyyatlar başlayandan bəri minimal olub.
Editor.az bildirir ki, bu barədə “Bloomberg” Kiel Universitetinin Dünya İqtisadiyyatı İnstitutunun tədqiqat məlumatlarına istinadən yazıb.
Avqustdan oktyabr ayına qədər dəstək keçən ilin eyni dövrü ilə müqayisədə 90% azalaraq 2,3 milyard dollara düşüb. Agentlik xəbər verir ki, bu məbləğ 2022-ci ilin yanvarından bəri ən aşağı göstəricidir. Nəşrin yazdığına görə, Ukrayna ABŞ, Almaniya, Skandinaviya ölkələri və bəzi Şərqi Avropa ölkələrinin maliyyə dəstəyindən getdikcə daha çox asılıdır. Araşdırma hesabat ABŞ Senatının Ukrayna və İsrailə 110 milyard dollar ayrılması ilə bağlı qanun layihəsini bloklamasından sonra ortaya çıxıb.
Bir gün əvvəl ABŞ prezidenti Co Bayden Konqresi təcili olaraq Ukraynaya maliyyə yardımını təsdiqləməyə və partiyalararası fikir ayrılıqlarını bir kənara qoymağa çağırıb. Dekabrın 4-də ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller Ukraynanın maliyyələşdirilməsinə ayrılan vəsaitin 97%-nin xərcləndiyini bildirib.
//Samir Qurbanov, Editor.az

