“Rusiya-Ukrayna müharibəsi artıq fevral ayında 2-ci ilinə qədəm qoyacaq”.
Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən analitik jurnalist Kazım Kazımov deyib.

Onun sözlərinə görə, hər iki tərəfin psixoliji vəziyyəti gərgindir: “Çünki bu artıq birinci Dünya müharibəsindəki mövqe müharibəsi halını alıb. Son günlərdə bəzi yerlədə rus qüvvələrinin həmləsi olsa belə, nəticə etibarilə sərhəd böyük ölçüdə dəyişməyib. Bir ilə yaxın müddətdir ki, sərhəd eyni vəziyyətdə qalmaqdadır.
Yay aylarında Ukrayna Qərbdən ciddi hərbi yardım almışdı. İyul-oktyabr aylarında isə Ukrayna çox ciddi şəkildə Krım və Donetsk şimalından cəbhəni yarmağa çalışdı. Cəbhəni yara bilməsə belə, Rusiyanın cəbhədki mövqelərini zəiflətdi.
Həm Rusiya, həm də Ukrayna ciddi şəkildə tükənib. Rusiyanın yaxın aylarda hücum edə biləcəyi istisna olunmur. Hər nə qədər cəbhəni qoruduğu müddət ərzində itkiləri olsa da, hərbi səfərbərliklə Rusiya müəyyən üstünlük qazana bilər.
İsrail-Fələstin müharibəsi ABŞ-ı ciddi şəkildə narahat edir. Xüsusilə Qəzza zolağında aktiv müharibə gedir. Son dövrlər diqqət etsək, ABŞ-ın hərbi yardımları artıq İsrailə yönəlib və Ukraynaya olan yardımlar minimum həddə düşüb.
Hazırda Rusiya və Ukrayna üçün də vəziyyət ürəkaçan deyil”.
//Səbinə Hüseynli, Editor.az

