“Ukraynaya edilən yardımların keyfiyyəti artan xətt üzrə inkişaf edir”-ŞƏRHbackend

“Ukraynaya edilən yardımların keyfiyyəti artan xətt üzrə inkişaf edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropanın aparıcı ölkəsi olan Almaniyanın Ukraynaya Rusiya ilə müharibədə dəstək göstərməsi Almaniya ilə yanaşı, bütün Qərb koalisiyasının həyati məsələsidir. Burada iki müxtəlif mentalitetə malik dünyanın qarşıdurması yaşanır. Hər hansı tərəfin məğlub olması onların yaxın gələcəyi üçün təhlükədir. Odur ki, Almaniyanın Ukraynaya etdiyi yardımlarda qeyri-adi heç nə yoxdur. Almaniyadan olsa, daha çox yardım edər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Ukraynaya edilən yardımların keyfiyyəti artan xətt üzrə inkişaf edir:

“Verilən silahların müasirliyi də tədricən artır. Bunun səbəbi Rusiyanın əlindəki nüvə silahıdır. Bütün dünya bundan çəkindiyi üçün Ukraynanın ciddi uğurlar əldə etməsini tezləşdirən addımlar atmaqda tələsmirlər. Ukraynaya bu cür yardımların davamlı olacağından şübhə yoxdur. Ukrayna ilk əks hücumda necə deyərlər, çox ağıllı davranmaq istədi. Cəbhənin bir çox nöqtələrindən Rusiyanın müdafiə xəttini yarmağı planlaşdırdı və ya belə görüntü yaratmaq istədi, amma bu taktika alınmadı. Əslində təkcə Krımda əldə ediləcək uğur bütün müharibənin taleyini həll edə bilərdi. Odur ki, Ukraynaya ciddi yardım olunarsa, tezliklə nəticə əldə edəcək. Hələlik Rusiyanı əldən salmaq üçün proses gedir. Müəyyən məqam yetişəndə Rusiyaya ciddi zərbə vurulacağından əminəm”.

//Gülnarə Abasova, Editor.az