Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketi göndərilirbackend

Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketi göndərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya 100 milyon dollar dəyərində 10 hərbi yardım paketinin göndərilməsini təsdiqləyib.

Editor.az ABŞ mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat yayıb.

Gündəlik mətbuat konfransında Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, 100 milyon dollarlıq hərbi yardım paketinə 155 mm-lik 18 haubitsa, onları vurmaq üçün 18 taktiki maşın, 3 AN/TPQ-36 artilleriya aşkar edən radar və digər sahə avadanlıqları, ehtiyat hissələri daxildir.

“Bu materiallar çox yaxında bölgəyə göndəriləcək, lakin onların Ukraynada nə vaxt olacağı ilə bağlı dəqiq tarix deyə bilmərəm”, – Kirbi bildirib.

Qeyd edək ki, ABŞ bu günə qədər Ukraynaya 4,6 milyard dollarlıq təhlükəsizlik yardımı edib.

//Gülnarə Abasova, Editor.az