Ukraynaya “F-16” təyyarələri verilir: Proses niyə ləngidi?-AÇIQLAMAbackend

Ukraynaya “F-16” təyyarələri verilir: Proses niyə ləngidi?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna müharibəsi bu gün dünyada güc mərkəzi olan dövlətlərin, Qərb cəbhəsinə rəhbərlik edən ölkələrin o qədər də marağında deyil”.

Bu fikirləri Editor.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ABŞ-ın ukraynalı pilotların təlimi başa çatdıqdan sonra Danimarka və Niderlanddan “F-16” təyyarələrinin Ukraynaya ötürülməsinə rəsmən razılıq verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukrayna müharibəsi başladığı gündən dünyada ən prioritet məsələyə çevrilib:

“İndiki məqamda isə bu mövzunun oqədər də aktual olmadığını görürük. Zaman-zaman ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər Qərb cəbhəsində mövqe tutan, Rusiyaya qarşı səfərbər olan ölkələrin Ukraynaya yeni silahlar verməsinin şahidi oluruq. Söhbət sadəcə müharibənin davam etdirilməsi üçün verilən silahlardan getmir. Həmin texnikalar müharibənin taleyinə güclü təsir göstərəcək. Yeni nəsil “F-16” təyyarələrinin rəsmi Kiyevə verilməsi məsələsi bir qədər gecikdirildi. Bunun da səbəbi həmin təyyarələri istifadə edəcək pilotların təcrübəyə malik olmaması idi. Artıq uzun müddətdir ki, ukraynalı pilotlar bununla bağlı təlimlər keçirlər. Təlimlər bitdiyi üçün Danimarka və Niderlanddan rəsmi Kiyevə sözügedən təyyarələrin ötürülməsi məsələsi gündəmə gəlib. Düşünürəm ki, prosesi bu qədər uzatmağa, ləngitməyə ehtiyac yox idi. Daha qısa müddətdə həll etmək mümkün olardı. Görünür, Qərb ölkələri bu təyyarələrin verilməsində o qədər də maraqlı deyildi “.

Politoloqun fikrincə, istənilən silahın verilməsi müharibənin gedişində ciddi dönüş yaratmır: “Çünki Qərb ölkələri bunun üçün real addımlar atmırlar. Rusiya da bunu bildiyi üçün prosesin uzanmasında maraqlıdır. Müharibə hazırkı məqamda o məcradadır ki, hər hansı bir tərəfin ciddi dönüş yaratmaq imkanı yoxdur. İlkin mərhələdə Ukraynaya kifayət qədər “F-16″ təyyarələrinin veriləcəyini düşünmürəm. Bunun tam reallaşması uzun müddət tələb edir”.

//Safura Bənnayeva, Editor.az