Ukraynaya göndərilməsi planlaşdırılırdı: ABŞ Yaxın Şərqə hava hücumundan müdafiə hissələri göndərirbackend

Ukraynaya göndərilməsi planlaşdırılırdı: ABŞ Yaxın Şərqə hava hücumundan müdafiə hissələri göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Ukraynaya göndərilməsi planlaşdırılan hava hücumundan müdafiə raket sistemlərinə aid qoruyucuları Yaxın Şərqdəki qüvvələrinə yönəltməyə qərar verib.

Editor.az bu barədə Wall Street Journal-a istinadla xəbər verir.

“Keçən həftə Pentaqon Konqresə Ukraynanın Rusiya pilotsuz təyyarələrini məhv etmək üçün istifadə etdiyi quru raketləri üçün xüsusi qoruyucuların indi ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki bölmələrinə göndəriləcəyi barədə səssizcə məlumat verdi”,- deyə bildirilib.

Bildirilib ki, Pentaqonun partlayıcı maddələrə təcili ehtiyac olması barədə Senatın Silahlı Qüvvələr Komitəsini daha əvvəl dərc olunmamış memoda məlumatlandırıb. Qərarın tərəfdarları iddia edirlər ki, ABŞ Müdafiə Nazirliyi keçən il qəbul edilmiş fövqəladə hərbi xərclər qanun layihəsi çərçivəsində bu cür qərarlar qəbul etmək üçün kifayət qədər çevikliyə malikdir.

//Gülnarə Abasova, Editor.az