Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib və imtina etməyəcək.
Editor.az bildirir ki, bunu Federasiya Şurasının sədri Valentina Matvienko deyib. Onun sözlərinə görə, məhz Rusiya 2014-cü ildən Minsk razılaşmaları əsasında daxili Ukrayna böhranının sülh yolu ilə və diplomatik yolla həllinə təkid edir.
O, eyni zamanda qeyd edib ki, Ukraynaya heç bir ərazi güzəşti ola bilməz və olmayacaq. Matvienko həmçinin bildirib ki, o, Donbass, Novorossiya və Krımdan ibarət yeni federal dairənin yaradılması imkanını istisna etmir.
O qeyd edib ki, bu variant daha səmərəli dövlət idarəçiliyi üçün mümkündür. “Mənə elə gəlir ki, indi əsas vəzifə xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaq, xüsusi hərbi əməliyyatı uğurla başa çatdırmaq və bundan sonra növbəti addımlar barədə düşünməkdir”, – deyə Matvienko 2024-cü ilin yaz sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, yeni ərazilərə diqqət çox yüksəkdir.
“Orada həyat getdikcə yaxşılaşır, böyük sosial obyektlər, yollar tikilir, yaşayış binaları tikilir, ərazilər abadlaşdırılır, sənayenin inkişafına, kənd təsərrüfatının inkişafına dəstək verilir. Yəni orada həyat öz axarı ilə gedir”, – Federasiya Şurasının sədri bildirib.
//Samir Qurbanov, Editor.az