Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesində Ukraynaya ərazi güzəştlərindən söhbət gedə bilməz.
Onun sözlərinə görə, SSRİ yarananda sovet rəhbərliyi tərəfindən də oxşar güzəştlər edilib. “Siz hətta nizamlanma üzrə danışıqlarda bəzi ərazilərin hələ də verilə biləcəyi fikrinin olmasını istəyirsinizmi? Hnsı güzəştdən söhbət gedir? Rus xalqı ilə, yoxsa onsuz? “Yoxsa nadir yeraltı metallarlla” – deyə Sergey Lavrov jurnalistlərə bildirib.
“Hazırda çoxlu sayda Amerika nümayəndələri Ukrayna böhranına necə yanaşmağı müzakirə edirlər. Lakin onların çoxu nun prezident Tramp tərəfindən Vaşinqton administrasiyası adından çıxış etmək səlahiyyətinin verildiyi hələ də bəlli deyil – onlar da kompromislərdən danışırlar. Onlar doğrudan da ərazi güzəştləri mövzusunu dilə gətirməyə başlayıblar. “Tarixi oxumaq lazımdır” – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib.
//Samir Qurbanov, Editor.az