Ukraynaya hərbi yardım NATO-nun müdafiə xərclərinə daxil edildibackend

Ukraynaya hərbi yardım NATO-nun müdafiə xərclərinə daxil edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO, alyans ölkələrinin müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmaq təklifi çərçivəsində Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitləri “müdafiə ilə bağlı” xərclər kimi hesablamağa başlayacaq. Bu barədə “Euractiv” məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, müdafiə xərclərinə xüsusi olaraq Kiyev üçün hərbi texnikanın alınması, həmçinin Ukrayna hərbi sənayesinə investisiyalar daxil olacaq.
İki mənbənin nəşrə verdiyi məlumata görə, Ukrayna ordusuna maliyyə yardımını NATO-nun müdafiə xərcləri kimi hesablamaq qərarı “Ukraynanın silahlandırılmasının alyansın təhlükəsizliyinə birbaşa və müsbət təsir göstərdiyini nəzərə alsaq, məntiqlidir”. Təklifə iyunun 24-25-də Haaqada keçiriləcək sammitə qədər yenidən baxıla bilər.

2024-cü ildə NATO ölkələri bütün növ hərbi yardımlara ümumilikdə 50 milyard avro xərcləyib. “Euractiv“in istinad etdiyi alyansın məlumatlarına görə, 2023-cü ildə bu rəqəm təxminən 40 milyard avroya çatıb.

//Samir Qurbanov, Editor.az