Ukraynaya hücum edən 28 PUA-dan 21-i vurulubbackend

Ukraynaya hücum edən 28 PUA-dan 21-i vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 7-nə keçən gecə Ukrayna hava hücumundan müdafiə qüvvələri atılan 28 PUA-dan 21-ni vurub.

Editor.az Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir ki, “Yanvarın 7-nə keçən gecə işğalçılar Rusiya Federasiyasının Primorsko-Axtarsk vilayətindən “Şahed-136/131” tipli 28 hücum PUA-sı və işğal olunmuş Donetskdən üç S-300 zenit-raket kompleksi ilə hücuma keçiblər. Hücumun əsas istiqamətləri cənub və şərq olub.

Düşmənin 21 PUA-sı Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib. Hava hücumunun dəf edilməsinə zenit-raket bölmələri və mobil atəş qrupları da cəlb olunub. Hava hücumundan müdafiə vasitələri Zaporojye, Nikolaev, Odessa, Dnepropetrovsk, Kirovoqrad, Vinnitsa və Çerkassı vilayətlərində fəaliyyət göstərib.

//Samir Qurbanov, Editor.az