Ukraynaya maksimum zərər vurmaq bizim əsas vəzifəmizdir – Medvedevbackend

Ukraynaya maksimum zərər vurmaq bizim əsas vəzifəmizdir – Medvedev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ötən həftə dünyada baş verən hadisələri şərh edib. Onun fikrincə, ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən görüşdə Ukrayna prezidenti Volodimir Zelenskiyə “ciddi don geyindirib”.

Medvedev Ukraynaya dəstək məqsədilə Londonda keçirilən sammiti “boş şey” hesab edib.

O, Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarını simvolik jest adlandırıb. Dmitri Medvedev əmindir ki, Vaşinqton Kiyevlə Ukraynanın nadir torpaq metalları ilə bağlı müqavilə imzaladıqdan sonra Amerika silahlarının çatdırılması çox güman ki, bərpa olunacaq. O qeyd edib ki, buna baxmayaraq, Rusiyanın hərbi əməliyyatları davam edir.

“Düşmən müqavimət göstərir və hələ də məğlub olmayıb. Axı “Bandera rejimi” və şəxsən onun lideri üçün müharibənin dayandırılması qaçılmaz son deməkdir. Ona görə də düşmənə hər yerdə maksimum zərər vurmaq bu gün bizim əsas vəzifəmiz olaraq qalır”, – deyə Medvedev “VKontakte” səhifəsində yazıb.

//Samir Qurbanov, Editor.az