Ukraynaya məsələsində Fransa ilə Almaniya arasında fikir ayrılığı yaranıbbackend

Ukraynaya məsələsində Fransa ilə Almaniya arasında fikir ayrılığı yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Fransa və Almaniyanın fikirləri fərqlidir.

Editor.az “Bloomberg”ə istinadən bildirir ki, Paris Kiyevin Alyansa daxil olması üçün plan qurmaq ideyasını irəli sürərkən, Berlin tələsməməyə çağırır.

Ölkələrin müvafiq ritorikası xarici işlər nazirləri tərəfindən Osloda keçirilən görüşdə səsləndirilib. Fransa üzv ölkələrdən Ukraynanın hərbi ittifaqın bir hissəsi ola biləcəyi konkret yol yaratmasını istəyir. Almaniya indi müharibə zamanı belə addımlarla daha diqqətli olmağa çağırır.

“Fransanın istəyi odur ki, biz aydın şəkildə mərhələləri və tərəqqisi olan bir yol inkişaf etdirək ki, Ukrayna vaxtı gələndə yaxşı təhlükəsizlik şəraitində bizə qoşula bilsin. Tarixlər və ya təqvimlər olub-olmayacağından əmin deyiləm, çünki müzakirə ediləcək çox suallar var”, – Xarici işlər naziri Katerina Kolonna deyib. O, həmçinin əlavə edib ki, NATO Ukrayna ilə müttəfiqlik sazişini imzalanmadığı “2008-ci ildən daha çox şey” etməlidir. Lakin bu, Almaniyanın tutduğu istiqamət deyil. Xarici işlər naziri Annalena Burbok jurnalistlərə deyib ki, “müharibənin ortasında yeni üzvlükdən danışa bilməyəcəyimiz aydındır”.

  //Samir Qurbanov,Editor.az