Ukraynaya növbəti kütləvi raket hücumu nə vaxta olacaq?backend

Ukraynaya növbəti kütləvi raket hücumu nə vaxta olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya növbəti kütləvi raket hücumuna hazırlaşır.

Editor.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov noyabrın 24-də “1+1” tərəfindən yayımlanan milli telemarafonun efirində məlumat verib. Onun sözlərinə görə, ruslar metodik şəkildə Ukraynanı qaranlığa qərq etmək və Kremlin şərtləri ilə danışıqlara məcbur etmək üçün terror planını həyata keçirməyə çalışırlar. Lakin düşmən bu məqsədlərə nail ola bilməyəcək.

“Biz başa düşürük ki, tezlik təqribən bir həftədir. Bu, onların yeni kütləvi raket hücumuna hazırlaşmalı olduqları vaxtdır. Ukrayna da öz növbəsində daha effektiv hava və raket hücumundan müdafiəyə hazırlaşır. Lakin hücumlar, təəssüf ki, davam edəcək, buna heç bir şübhə yoxdur”, – BKİ-nin nümayəndəsi bildirib.

O, əlavə edib ki, Rusiyanın yüksək dəqiqlikli silah ehtiyatları tükənir, lakin kifayət qədər başqa sursat, xüsusilə S-300 raketləri var və bunlar cəbhə bölgəsindəki şəhərlər – Zaporojye, Xarkov, Nikolaev, Xerson üçün böyük təhlükə yaradır”.

Qeyd edək ki, noyabrın 22-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Twitter-də Rusiya ordusunda qalan raketlərin sayı barədə məlumat vermişdi. Onun sözlərinə görə, Rusiya Federasiyası hələ də S-300 raketlərinin əhəmiyyətli arsenalını saxlayır. Onların böyük əksəriyyəti – təxminən 6980 (87%) ədəti qalmaqdadır.

  //Samir Qurbanov, Editor.az