Ukraynaya “Patriot” verilsin, verilməsin?backend

Ukraynaya “Patriot” verilsin, verilməsin?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilib-göndərilməməsi ilə bağlı qərarı ayrı-ayrı ölkələrin özləri tərəfindən verməlidir.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər yayıb. Baş katibin sözlərinə görə, Almaniya Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükünü NATO ilə əlaqələndirməyə ehtiyac olduğunu bəyan edir.

Lakin konkret sistemlərlə bağlı konkret qərarlar milli qərarlardır. Bəzən son istifadəçi razılaşmaları və başqa şeylər olur, ona görə də onlar digər müttəfiqlərlə məsləhətləşməlidirlər. Amma sonda bu qərarı milli hökumətlər verməlidir, – Stoltenberq bildirib.

  //Samir Qurbanov,Editor.az