Cənubi Koreyanın kəşfiyyat xidməti Ukraynadakı müharibədə ölən və yaralanan Şimali Koreya əsgərlərinin sayı ilə bağlı rəqəmləri açıqlayıb.
“Yonhap”ın məlumatına görə, qapalı brifinq zamanı Cənubi Koreya parlamentinin komitəsinə verilən məlumata görə, Rusiya Federasiyasının Kursk bölgəsində yerləşdirilən 11 min Şimali Koreya əsgərinin bir hissəsi real döyüş əməliyyatlarına göndərilib. “Bu prosesdə ən azı 100 nəfər həlak olub, yaralıların sayı isə 1000-ə çatmış ola bilər”, – məlumatda deyilir. Üstəlik, zərərçəkənlər arasında yəqin ki, generallar da var.
Cənubi Koreya kəşfiyyatı itkilərin çoxluğunu Şimali Koreya qoşunlarının pilotsuz təyyarələrdən istifadə təcrübəsinin olmaması səbəbindən “tanımadığı döyüş meydanlarına” hücumlarda istifadə etməsi ilə izah edib. Kəşfiyyat rəsmiləri əlavə edib ki, Rusiya hərbçiləri Şimali Koreya əsgərlərinin pilotsuz təyyarələrdən xəbərsiz olduqları üçün “yük” olduqlarından şikayətləniblər. Agentlik həmçinin Şimali Koreya lideri Kim Çen Inın Ukraynaya göndərilə biləcək xüsusi əməliyyat qüvvələrinin hazırlığını yoxlamağı planlaşdırdığını bildirib.
//Samir Qurbanov, Editor.az