Ukraynaya qarşı savaşmağa gələn 200-dən çox “Espanyolçu” Baxmut istiqamətində öldürüldübackend

Ukraynaya qarşı savaşmağa gələn 200-dən çox “Espanyolçu” Baxmut istiqamətində öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baxmut istiqamətində “Espanyol”un “könüllü” dəstəsindən “iki yüzdən çox” futbol azarkeşi gəlib. Lakin Moskvadan gələnlər döyüşlərdə həlak oldular.

Editor.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Sergey Çerevatıxəbəri şərh edərkən deyib. “Ruslar təbliğatın hər şeyi əvəz edəcəyini düşünürdülər.

Amma Kadırovçuların, Espanyolların bu hədə-qorxuları əslində bizim hücum briqadalarımızın adlarını eşidəndə sona çatır. Onların bütün psevdo cazibəsi çox tez yox olur”, -Çervatı bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri sadəcə öz işini gördüyü bir vaxtda ruslar çox təmtəraqlı təbliğat aparırlar: “Amma söz düşəndə sərt ukraynalı gəlir və bərabər şəkildə, sakitcə minaları yerləşdirir, partladır, sonra kopterdən çıxarır və komandirinə hesabat verir. Sonra bütün bunlar quru, sadə statistika şəklində görünür”.

//Samir Qurbanov, Editor.az