Rusiyalı milyarderlər Ukraynanın dinc əhalisini öldürən işğalçılara maaş verirlər.
Editor.az “RosSMI”nin məlumatına istinadən bildirir ki, Müdafiə Nazirliyində xidmət edən “könüllülər” minimum olaraq Oleq Deripaskanın “Rusal”ı, Leonid Mixelson və Gennadi Timçenkonun “Novatek”i, Mixail Qutseriyev “Mospromstroy”u, Sergey Qordeev PIK-i tərəfindən maliyyələşir.
Amma əgər bu iş adamlarının özləri sanksiyalar altındadırsa, deməli, onların bu prosesdə iştirak edən şirkətləri yoxdur.
Bir iş adamının nəzarətində olan iri şirkət ona bağlı olan özəl mühafizə şirkətinə (yaxud daha aşağı səviyyədə olan başqa struktura) qoşulmaq istəyənləri təşkil edir, sonra isə yeni həmin muzdlu Müdafiə Nazirliyi ilə müqavilə bağlayır.
Müdafiə Nazirliyindən ödənişlər – 200 min rubl, “Ruslan”dan – 100 min təşkil edir. Bank çıxarışında onlara “Müqavilə üzrə hərbi xidmət keçənə pul vəsaitinə əvəzsiz ödənilməsi deyilir”.
Muzdlular faktiki olaraq Rusiya ordusunun tərkibində olan “Sokol” könüllü batalyonuna göndərilir.
//Samir Qurbanov,Editor.az

