Xəbər verildiyi kimi, fevralın 16-na keçən gecə Rusiya işğalçı qüvvələri müxtəlif təyinatlı 32 qanadlı raketdən istifadə etməklə Ukraynaya kütləvi raket hücumu həyata keçirib. Mühüm infrastruktur obyektlərinə də zərbələr endirilib.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən məlumat veriblər.
Məlumata görə, 16 raket məhv edilib: “Xəzər dənizi akvatoriyasından iki Tu-95ms strateji bombardmançı təyyarədən 12 X-101/X-555 qanadlı raketi, Qara dənizdən gələn freqatdan 8 “Kalibr” qanadlı raketi, 6 uzaqmənzilli Tu-22-dən 12 X-22 qanadlı raket Kursk bölgəsində bombardmançılardan və Melitopoldan iki Su-35 taktiki təyyarəsindən iki ədəd X-59 idarə olunan hava raketindən istifadə edilib”, – bəyanatda deyilir. Bir neçə Kh-22 qanadlı raketləri kritik infrastrukturu vuraraq hədəflərinə çatıb. Çünki hazırda xidmətdə bu tip raketləri məhv etməyə qadir silah yoxdur”, – məlumatda vurğulanır.
//Samir Qurbanov, Editor.az