Ukraynaya Rusiya ərazisinə NATO silahları ilə zərbə endirmək icazəsinin verilməsi birbaşa “müharibədə iştirak” deməkdirbackend

Ukraynaya Rusiya ərazisinə NATO silahları ilə zərbə endirmək icazəsinin verilməsi birbaşa “müharibədə iştirak” deməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Qərblə münaqişə ən pis ssenari üzrə inkişaf edir.

Onun fikrincə, NATO-dan daim eskalasiya və silah tədarükü səbəbindən Ukraynanın münaqişənin son, nüvə mərhələsinə keçməsi istisna edilmir. O, Qərb ölkələrinin Rusiyaya NATO silahları ilə zərbə endirmək icazəsinin birbaşa “müharibədə iştirak” olduğunu və hərbi əməliyyatların başlaması üçün rəsmi səbəb ola biləcəyini vurğulayıb: “Rusiya ondan irəli gəlir ki, Ukraynanın istifadə etdiyi bütün uzaqmənzilli silahlar belə deməyə əsas verir ki, Ukrayna artıq birbaşa NATO ölkələrin tərəfindən idarə olunur.

Bu, ümumiyyətlə, “hərbi yardım” deyil, bizə qarşı müharibədə iştirakdır. Onların bu cür hərəkətləri yəqin ki, “casus belli” (müharibə səbəbi) ola bilər”, – deyə Medvedev Telegram kanalında yazıb. Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, Rusiyaya qarşı istifadə edilən bütün Qərb hərbi texnikası və mütəxəssisləri oradan Rusiya ərazisinə göndərilərsə, təkcə Ukraynada deyil, digər ölkələrdə də məhv ediləcək.

//Samir Qurbanov, Editor.az