Ukraynaya silah verməyə hazır olan ölkələrin təsis yığıncağı keçirilibbackend

Ukraynaya silah verməyə hazır olan ölkələrin təsis yığıncağı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Varşavada zirehli texnikaları Ukraynaya verməyə hazır olan ölkələrin təsis yığıncağı keçirilib.

Editor.az bildirir ki, bu barədə Ali Radanın deputatı, Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev Telegram-da yazıb, Onun sözlərinə görə, “zirehli texnika koalisiyasına” Polşa, Almaniya, Böyük Britaniya, İsveç və İtaliya daxildir.

Getmantsev bildirib ki, koalisiyanın vəzifələrinə Ukraynanı zirehli texnika və döyüş sursatı ilə təmin etmək, təmir və texniki xidmət göstərmək, hərbi və texniki kadrların hazırlanması və taktikanın təkmilləşdirilməsi daxildir.

Deputat hesab edir ki, assosiasiya Ukraynanın hava hücumundan müdafiəsi, pilotsuz təyyarələri və kibertəhlükəsizliyinə dəstək də daxil olmaqla, digər “hərbi koalisiyalar” arasında öz layiqli yerini tutacaq.
Martın 20-də Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib ki, Fransa Ukraynaya hərbi personal göndərmək üçün koalisiya yaratmağı planlaşdırır. O, iddia edir ki, bura xüsusilə Polşa və Baltikyanı ölkələr daxil ola bilər.

//Samir Qurbanov, Editor.az