Ukraynaya “təhkimçilik qaydaları” tətbiq olunur: əhali narazıdırbackend

Ukraynaya “təhkimçilik qaydaları” tətbiq olunur: əhali narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada hərbi çağırış yaşına çatmış şəxslərin hərbi komissarın icazəsi olmadan yaşayış yerini tərk etmələrinə qoyulan qadağa ilə bağlı xəbərlər ciddi müzakirə olunur.

Editor.az bu barədə Ukrayna mənbələrinə istinadən xəbər verir. Xəbərə gərə, sosial şəbəkə istifadəçiləri yeni qadağadan qəzəbləniblər. Qadağanı “təhkimçilik hüququ” ilə eyniləşdirən insanlar bu cür məhdudlaşdırmaların nə dərəcədə qanuni olub-olduğunu bilmirlər.

“İndi təhkimçilərə “ağaların” icazəsi olmadan şəhəri tərk etmək qadağandır. Amma “ağalar” Luqanoya da dincəlmək üçün gedə bilərlər”, “Yəni ər artıq ailəsini başqa şəhərə apara bilməz? Təşəkkür edirəm, gözəl xəbərdir, xüsusən də işğal olunmuş ərazilərin sakinləri və ya işğal təhlükəsi altında olanlar üçün”, “Mən başa düşürəm ki, müharibə müəyyən məhdudiyyətlər tələb edir, lakin bu, artıq hüquqların məhdudlaşdırılması deyil, ləğv edilməsidir”, “Çox gülünc bir qərardır və bu, yalnız mənfi nəticələrə gətirib çıxaracaq” – deyə sosial şəbəkələrdə yazırlar.

Editor.az