Ukraynaya təxminən 60 milyon dollar dəyərində kriptovalyuta ianəsi edilibbackend

Ukraynaya təxminən 60 milyon dollar dəyərində kriptovalyuta ianəsi edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücum etdiyi gündən bəri Ukraynaya edilən kripto ianələri təxminən 60 milyon dollara çatıb. Editor.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadə verdiyi məlumata görə kripto pul ianələrinin 31,2%-i Bitcoin köçürmələrindən ibarətdir.

Bu barədə məlumatı Londonda yerləşən blokçeyn analitika provayderi “Elliptic” verib

Qeyd edək ki, fevralın 26-dan bu yana Ukrayna hökumətinə və orduya dəstək verən qeyri-hökumət təşkilatlarına 118 min əməliyyatla ümumilikdə 59,2 milyon dollar dəyərində kripto pul bağışlanıb.

“Elliptic” məlumatlarına görə, martın 6-dan Ukrayna hökumətinin “Twitter”-də hesablarına 50 milyon dollar dəyərində kripto pul köçürülüb. Ukrayna ordusuna dəstək verən qeyri-hökumət təşkilatlarına 9 milyona yaxın kriptovalyuta bağışlanıb.

Fevralın 26-dan ianə edilməsi üçün Ukrayna hökuməti “Twitter”-də iki hesab açmışdı.

Bu arada Ukraynanın Texnoloji İnkişaf nazirinin müavini Aleksandr Bornyakov bildirib ki, bu ianələrin 15 milyon dolları hərbi təchizat üçün xərclənib.