Ukraynaya yardımlar azalıb: “2024-cü ildə müharibənin davam edəcəyi və daha da kəskinləşəcəyi gözlənilir”backend

Ukraynaya yardımlar azalıb: “2024-cü ildə müharibənin davam edəcəyi və daha da kəskinləşəcəyi gözlənilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi 1 il 10 aydır ki, davam edir. Keçən müddət ərzində hər iki tərəfdən çox sayda ölənlər var”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Elşad Həsənov deyib.

 

Politoloqun sözlərinə görə, Rusiya tərəfi bildirib ki, Ukraynadan 386 min əsgər və zabit ölüb, Ukraynanın bildirdiyinə görə isə Rusiyadan ölənlərin sayı 782 min nəfərdir:

“Həmçinin çoxlu sayda hərbi texnika məhv olub, lakin müharibə hələ də davam edir. Son zamanlar Yaxın Şərqdə İsrail-HƏMAS münaqişəsi başladıqdan sonra Qərbdən Ukraynaya edilən kömək azalıb. Siyasi analitiklər Yaxın Şərqdə baş verənlərin Rusiyanın kəşfiyyat orqanları tərəfindən başladıldığını və bunun nəticəsində Ukraynaya diqqətin azaldığını bildirirlər. Təbii ki, bunun nə dərəcədə doğru olduğunu bilmirik.

Lakin Ukraynaya edilən yardımların azaldığı göz qabağındadır. Hələ ki, Ukrayna mübarizəsini davam etdirir. Son zamanlarda isə müharibədə Rusiya daha da aktivləşib, Kiyev ətrafına hücumlar təşkil edir. 2024-cü ildə də müharibənin davam edəcəyi və daha da kəskinləşəcəyi gözlənilir”.

//Səbinə Hüseynli, Editor.az