Ukraynaya yardımların kəsilməsi fonunda nələr baş verəcək? – “Müharibə dondurulacaq və…”backend

Ukraynaya yardımların kəsilməsi fonunda nələr baş verəcək? – “Müharibə dondurulacaq və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ukrayna-Rusiya cəbhəsində ciddi proseslər baş verir. Proseslərin gedişatında maraqlı məqam ABŞ-ın əvvəlki kimi Ukraynaya yardım ayırmaması ilə əlaqədardır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, ABŞ bundan sonra Ukraynaya müharibənin başlanğıcında etdiyi yardımları davam etdirə bilməyəcək:

” Baxmayaraq ki, Bayden administrasiyası ciddi şəkildə Ukraynaya geniş yardımın  davam etdirilməsinin tərəfdarıdırlar, ancaq konqresmenlərin bir çoxu ona qarşıdır. Məhz Avropa ölkələrinin də Kiyevə yardım məsələsində tərəddüd etməsi bundan qaynaqlanır. Çünki indiyə qədər Aİ ABŞ-ın kölgəsində Ukraynaya yardım edirdi. ABŞ-ın geri çəkilməsi Qərbi də çətin vəziyyətdə qoyur. Belə olduğu halda Rusiyanın Ukrayna üzərindəki qələbəsi və yaxud müharibənin dondurulması ABŞ-dan çox Avropaya ziyan verəcək. Məhz buna görə də bu gün Ukraynaya yardımın azalmasından ən çox narahat olan Aİ ölkələridir. Əgər Rusiya Ukraynada qalib gələrsə, sonrakı vəziyyət Qərb üçün acınacaqlı olacaq”.

Ə. İbrahimov yardımın kəsilməsi fonunda müharibənin taleyi ilə bağlı sualımızı da cavablandırıb. O bildirib ki, Ukraynaya yardımın edilməməsi Rusiyanın tam qələbəsindən xəbər vermir:

“Çünki Rusiyanın məqsədi heç də Ukraynanı tamamilə işğal etmək deyil. İndiki dövrdə hansısa dövlətin digər dövləti işğalda saxlaması çətin məsələdir. Keçmişdəki Əfqanıstan təcrübəsi sübut edir ki, bu, mümkün deyil. Rusiya müharibəni dondurmaqda daha maraqlıdır. Rəsmi Moskva işğal etdiyi əraziləri özündə saxlamaqla müharibəni donduracaq. Daha sonra danışıqlar prosesi davam etdiriləcək. Bu isə o demək deyil ki, Ukrayna torpaqlarının işğal edilməsi ilə razılaşacaq. Hər bir halda bir müddət sonra Rusiya da, Ukrayna da müharibənin dondurulmasında maraqlı olacaq və danışıqlar prosesində işğal edilmiş ərazilərin taleyi müəyyənləşəcək. Heç şübhəsiz, Rusiya işğal etdiyi ərazilərin hamısını geri verməyəcək”.

//Gülnarə Abasova, Editor.az