Ukraynda gün ərzində dördüncü dəfə hava hücumu xəbərdarlığı edilibbackend

Ukraynda gün ərzində dördüncü dəfə hava hücumu xəbərdarlığı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 14-də axşam saatlarında Ukraynanın bütün vilayətlərində növbəti hava hücumu xəbərdarlığı elan edilib.

Editor.az xəbər verir ki, bu barədə “Air Raid Map” yazıb. Bu, martın 14-ü üçün paytaxtda dördüncü həyəcan siqnalı olub.

Belə ki, gün ərzində bütün Ukraynaya yayılan üç hava hücumu xəbərdarlığı edilmişdi. Saat 19:10-da Sumı və Çerniqov vilayətlərində başlayan hava hücumu Çerkassk və Jitomir vilayətlərinə, Kiyev və Kiyev vilayətinə, Rivne, Vinnitsa, Volın və Xmelnitski vilayətlərinə də yayılıb.

Saat 19:23-də artıq Ukraynanın bütün ərazisinə hava hücumu başlanıb. Əvvəlki üç ümumkrayna həyəcan siqnalı Rusiya Federasiyasının taktiki aviasiyasının fəaliyyəti, ballistik raketlərdən istifadə təhlükəsi və MiQ-31K qırıcısının uçuşları ilə bağlı idi.

Lakin günortadan sonra Ukrayna ərazisinə raket və ya pilotsuz təyyarələrlə kütləvi hücum baş verməyib.

//Samir Qurbanov,Editor.az