Ulf Kristersson: İsveç daxilindəki “faydalı axmaqlar” ölkənin NATO-ya daxil olmasına mane olurlarbackend

Ulf Kristersson: İsveç daxilindəki “faydalı axmaqlar” ölkənin NATO-ya daxil olmasına mane olurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 İsveç daxilindəki “faydalı axmaqlar” xarici qüvvələrə ölkənin NATO-ya daxil olmasına mane olmaqda kömək edirlər.

Editor.az bildirir ki, bunu İsveçin baş naziri Ulf Kristersson parlament partiyalarının liderləri ilə görüşündə deyib.

Baş nazirin sözlərinə görə, Stokholmda son zamanlar anti-Türkiyə aksiyaları Türkiyə hakimiyyətinin qəzəbinə səbəb olmaqla yanaşı, həm də ayrı-ayrı yerli hadisələrin böyük beynəlxalq hadisələrə təsirini göstərib.

Kristersson, xüsusilə, Türkiyə prezidenti Rəcəb Ərdoğanın təsvirinin “asılması” hərəkətini və “Quran”ın yandırılmasını xatırladıb: “Bu cür hərəkətləri həyata keçirən şəxslər və qruplar hazırkı təhlükəsizlik şəraitində İsveçə zərər arzulayan qüvvələr üçün faydalı axmaqlara çevriliblər”, – baş nazir bildirib.

  //Samir Qurbanov, Editor.az