“Ulu Öndəri hakimiyyətə dəvət edərək müstəqilliyimizi əbədiləşdirdik”backend

“Ulu Öndəri hakimiyyətə dəvət edərək müstəqilliyimizi əbədiləşdirdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“17 noyabr Azərbaycan xalqının taleyində milli dirçəlişin başlandığı gün olaraq əbədiləşib”.

Bu sözləri Editor.az-a 17 noyabr tarixi ilə bağlı danışarkən millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, xalqımız sözügedən dövrdə 70 illik imperiya boyunduruğundan qurtulmaq üçün meydanlara axışdı:

“Həmin zamanlarda əzəli torpaqlarımızda ermənilərin həyata keçirdikləri vəhişikliklər Bakıda əks-sədasız ötüşmədi. Vətəndaşlarımız imperiya müstəmləkəçiliyindən qurtulmaq üçün ayağa qalxdılar.

Təəssüflər olsun ki, xalqın azad olmaq arzusu imperiya tərəfindən birmənalı qarşılanmırdı. Bu hərəkatı bir neçə dəfə dağıdılmağa çalışdılar. Buna baxmayaraq 1991-ci ildə Heydər Əliyevin Naxçıvan rəhbərliyində olması sayəsində üçrəngli bayrağımız Ali Məclisin binasında zirvəyə ucaldıldı və müstəqil Azərbaycanın dövlət bayrağı kimi dalğalanmağa başladı. Həmin tarixdən etibarən Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə qətiyyət qazandı.

Məhz Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməklə azadlıq və müstəqilliyimizin əbədi olmasına nail olduq. Bu gün də biz Heydər Əliyevin ideologiyasının arxasında sıx birləşmişik”.

//Səbinə Hüseynli, Editor.az