“Ulu Öndərin əsasını qoyduğu ideyalar Azərbaycan var olduqca yaşayacaq”- Millət vəkilibackend

“Ulu Öndərin əsasını qoyduğu ideyalar Azərbaycan var olduqca yaşayacaq”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çox dünya xalqlarının tarixində, taleyində böyük şəxsiyyətlər önəmli rol oynayıb. Bu gün müasir ABŞ Corc Vaşinqtona, Fransa Şarl de Qolla, Türkiyə Atatürkə, Azərbaycan da ümumilli liderimiz Heydər Əliyevə borcludur. Heydər Əliyev bu günkü müasir Azərbaycanın qurucusudur. Bu dahi şəxsiyyətin fəaliyyəti, həyatı, keçdiyi zəngin yol haqqında bir çox kitablar yazılıb, sənədli filmlər çəkilib ancaq hələ də onun Cənubi Qafqaz regiondakı xidmətləri və fəaliyyəti daha dərindən öyrənilməyib. Hesab edirəm ki, daha geniş araşdırılmalar aparılmalı, fəaliyyəti ümumiləşdirilməlidir. Çünki böyük azərbaycanlının ölkəmiz qarşısındakı xidmətləri əvəzolunmazdır və belə insanların bir də nə zaman dünyaya gələcəyi bəlli deyil. Ona görə də həqiqətən də nə qədər Azərbaycan adı varsa, Heydər Əliyev adı xatırlanır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, 90-cı illərin əvvəllərində ölkəmizin başına gələn məlum hadisələrdən sonra Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dirçəlişi görən hər bir şəxs Ulu Öndərin misilsiz fəaliyyətini dana bilməz:

“Hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni formada, çağdaş dünyanın tələblərinə uyğun, uğurla idarə olunan bu ölkənin əsas bünövrəsi ümumilli liderimizin dövründə qurulub. Ulu öndərin siyasi varisi cənab Prezidentimiz öz atası kimi bu gün dünya miqyasında tanınmış siyasi xadimlərdən biridir. Necə ki, Azərbaycanın adı dünyada Heydər Əliyev adı ilə yadda qalıb, bu gün o adı ölkə başçımız qürurla qoruyub saxlayır.Onun əsasını qoyduğu ideyalar Azərbaycan adı var olduqca yaşayacaq. Bütün bunlar hər bir azərbaycanlının qürurudur”.

//Gülnarə Abasova, Editor.az