Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyev ona dəstək verən məşhurlara təşəkkür edib:
Editor.az xəbər verir ki, bu barədə Ülvi Quliyev rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Dəyərli qazi dostlarım Vidadi Ağagülova, İlham Rüstəmova, Yusif Əhmədova, İlkin Ağayevə, Tural Alıyevə təbliğat-təşviqat kampaniyasının ilk günündən verdikləri dəstəyə görə səmimi-qəlbdən təşəkkür edirəm”.