15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ülvi Quliyevin təşviqat kampaniyası davam edir.
Editor.az xəbər verir ki, Ü.Quliyevin verdiyi məlumata görə, təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər keçirilib:
“Seçicilərlə görüşlərimiz davam edir. Fərdi təmaslar zamanı onları narahat edən suallara mümkün qədər aydınlıq gətirməyə, problem və qayğılarını qanuni səlahiyyətlərimiz çərçivəsində həll etməyə çalışırıq. Bu istiqamətdə fəaliyyətimiz qarşıdakı günlərdə də davam edəcək”.