Ülviyyə Namazova: “Ərim ölməzdən qabaq zəng etdi, acıladım”backend

Ülviyyə Namazova: “Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb.

Lent.az-ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib.

“Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla küsülü idik. Ölməzdən qabaq zəng etmişdi, acıladım, danışmadım. Sonra yenə zəng etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacağam”, – o bildirib.

Ülviyyə Namazova sonradan ikinci dəfə ailə qurduğunu və bu nikahdan sonra ikinci qızı doğulduğunu da qeyd edib.