Hollandiya Ukrayna üçün 600 min Ukrayna pilotsuz uçan aparatının istehsalı ilə bağlı müqavilələr imzalayıb.
Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov Facebook səhifəsində məlumat verib .
O qeyd edir ki, bu, “Drone Line” təşəbbüsü çərçivəsində baş verir. Eyni zamanda, o, dronların tədarükünə bu il başlanmalı olduğunu vurğulayıb.
“Bu müqavilələr 675 milyon avrodan çox olan yeni Hollandiya yardım paketinin bir hissəsidir”, – Umerov qeyd edir.
//Samir Qurbanov, Editor.az

