“Ümid edirik ki, Gürcüstan hakimiyyəti bu tip məsələlərdə daha diqqətli olacaq”- ŞƏRHbackend

“Ümid edirik ki, Gürcüstan hakimiyyəti bu tip məsələlərdə daha diqqətli olacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günlərdə əsas müzakirə obyekti qonşu və dost olan Gürcüstanın vasitəsilə Ermənistana silah daşınmasıdır. Gürcüstanla Azərbaycan arasında hər zaman isti münasibətlər olub. Hətta deyərdim ki, bu günkü varlığını da müəyyən mənada Azərbaycan dövlətinə borclu olan qonşumuzun belə bir addım atması təbii ki, təəccüb doğurur. Əgər Ermənistanla Azərbaycan arasında sülh bağlansaydı və Gürcüstan öz kommunikasiyasını Ermənistana silah-sursat daşınması üçün açsaydı, buna qarşı heç bir irad bildirilməzdi. Amma hazırda Ermənistan və Azərbaycan arasında münasibətlər tam qaydasına düşməyib və sülh də imzalanmayıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, məlum səbəbdən Azərbaycan haqlı olaraq Gürcüstan kimi yaxın münasibətdə olduğu qonşusuna irad bildirməli idi:

“Ermənistan ancaq Azərbaycana qarşı silahlanır, bu dövlətin başqa heç bir ölkəyə tarix boyu təhlükə olmadığı hər kəsə məlumdur. Hazırda regionda elə bir həlledici məqam yaranıb ki, Ermənistanı silahlandırmaq və ya silahlanmasına şərait yaratmaq regiondakı münasibətlərə ciddi zərbə vura bilər. Xatırladım ki, Gürcüstanın pandemiya zamanı da belə bir addımı olmuşdu, lakin Azərbaycan yenə də qonşuluq münasibətlərinə xələl gətirəcək heç bir addım atmayıb. Gürcüstan keçmiş Azərbaycan-Ermənistan münaqişəsi zamanı heç bir ölkəyə ərazisindən silah daşınmasına şərait yaratmayaraq regiondakı sabitliyə öz töhfəsini vermişdi. Lakin indiki vəziyyət məyusedici oldu. Ümid edirik ki, Gürcüstan hakimiyyəti bu tip məsələlərdə daha diqqətli olacaq”.

//Gülnarə Abasova, Editor.az