Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzanın şimalındakı əl-Avda xəstəxanasına edilməsi planlaşdırılan yardımın 26 dekabrdan bəri dördüncü dəfə ləğv edildiyini və Qəzzanın şimalına 12 gündür çatılmadığını açıqlayıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Avda da daxil olmaqla Qəzzanın şimalındakı xəstəxanalara çatdırılması planlaşdırılan tibbi ləvazimatların dekabrın 26-dan bəri ardıcıl 4-cü dəfə ləğv edildiyi bildirilib.
Açıqlamada, şiddətli bombardmanlar və rabitənin kəsilməsi səbəbiylə xüsusilə Qəzzanın şimalına tibbi ləvazimatların müntəzəm və təhlükəsiz şəkildə çatdırılmasının demək olar ki, qeyri-mümkün hala gəldiyi ifadə edilib.
Bəyanatda Qəzzaya humanitar yardımın davamlı olaraq daşınması, mülki əhalinin və səhiyyə xidmətlərinin aktiv şəkildə qorunması çağırışı təkrarlanaraq “dərhal atəşkəs” mesajı verilib.
Əksər xəstəxanaların kadr çatışmazlığından əziyyət çəkdiyi bildirilən açıqlamada Avda Xəstəxanasının həkimlərindən Məhəmməd Obiedin fikirləri yer alıb.
Obied qeyd edib ki, yaralı insanlar yalnız yaralandıqdan günlər və ya həftələr sonra həkimlərə müraciət edə bilirlər ki, bu da onların əzalarını xilas etmək imkanlarını azaldır.
//Səbinə Hüseynli, Editor.az

