Ümumdünya Səhiyyə Təşkilatından “COVİD-19” alt variantını izləmək qərarıbackend

Ümumdünya Səhiyyə Təşkilatından “COVİD-19” alt variantını izləmək qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19-un JN.1 variantını sürətli yayılmasına görə ana nəsil BA.2.86-dan ayrı nəzarət edilməli olan variant kimi təsnif edib.

Editor.az xəbər verir ki, ÜST-nin verdiyi yazılı açıqlamada bildirilib ki, əldə edilən məlumatlara əsasən, JN.1 variantının hazırda qlobal ictimai sağlamlıq üçün yaratdığı risk “aşağı” olaraq qiymətləndirilir. “Buna baxmayaraq, şimal yarımkürəsində qışın başlaması ilə JN.1 bir çox ölkələrdə tənəffüs yollarının infeksiyalarının yükünü artıra bilər”, – məlumatda deyilir.

Açıqlamada ÜST-nin məlumatları daim nəzarətdə saxladığı və lazım gəldikdə JN.1 risk qiymətləndirməsini yeniləyəcəyi vurğulanıb. Açıqlamada xatırladılıb ki, mövcud Covid-19 peyvəndləri JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarının səbəb olduğu ağır xəstəlik və ölümdən qorumağa davam edir. Açıqlamada infeksiyalara və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırış edilib və ehtiyat tədbirləri arasında insanların sıx olduğu, qapalı və ya zəif havalandırılan yerlərdə maska ​​taxmaq, mümkün qədər təhlükəsiz məsafə saxlamaq, əlləri mütəmadi olaraq yumaq, yeniliklərdən xəbərdar olmaq daxildir.
Xəstəliyin simptomları olanlar üçün testlər də daxil edilib.

Qeyd edek ki, JN.1 əvvəllər BA.2.86 alt törəmə variantlardan biri kimi təsnif edilmişdir. JN.1 keçən ayın sonunda ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) hesabatında qeyd edildikdən sonra diqqəti cəlb edən ən son COVID-19 variantı kimi qeydə alınıb. Yeni, bol mutasiyaya uğramış ştammın Omicron nəslindən, xüsusilə də BA.2.86 (Pirola) variantının Avropa və ABŞ-da yarandığı güman edilir.

//Gülnarə Abasova, Editor.az