Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorundan sensasion açıqlama: yeni pandemiya qaçılmazdırbackend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorundan sensasion açıqlama: yeni pandemiya qaçılmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, dünya gec-tez yeni pandemiya ilə üzləşəcək. Onun sözlərinə görə, bu, “nəzəri risk deyil, epidemioloji əminlikdir”.

Baş direktor bu məsələni pandemiyanın qarşısının alınmasına dair saziş hazırlayan Hökumətlərarası Danışıqlar Orqanının 13-cü sessiyasında qaldırıb. Qebreyesus xatırladıb ki, koronavirus pandemiyası zamanı dünyada rəsmi olaraq 7 milyon insan dünyasını dəyişib, baxmayaraq ki, ÜST qurbanların sayını 20 milyon olduğunu bildirir. Təşkilat rəhbəri həmçinin qeyd edib ki, pandemiya “qlobal iqtisadiyyatda 10 trilyon dollardan çox vəsaiti məhv edib”. O, əmindir ki, növbəti pandemiyanın “20 il və ya daha çox, hətta sabah” başlaya bilər. “Ancaq bu baş verəcək və hər halda hazır olmalıyıq” – Tedros Adhanom Qebreyesus deyib.

Qeyd edək ki, 2021-ci ilin dekabrından pandemiya ilə mübarizə üzrə saziş üzərində iş aparılır. ÜST rəhbəri dünya ölkələrini sənədin imzalanmasında iştirak göstərməyə çağırıb.

//Samir Qurbanov, Editor.az