Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri: Koronavirus pandemiyası sona çatırbackend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri: Koronavirus pandemiyası sona çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə koronavirus pandemiyası sona çata bilər.

Editor.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus səhiyyəyə verdiyi töhfəyə görə kiçik “Tomas Frensis” medalının təqdimat mərasimində deyib.

O, qeyd edib ki, “Əminəm, bu ilin hansısa bir günündə biz pandemiyanın fövqəladə vəziyyət kimi başa çatdığını söyləyə biləcəyik. Dünya indi pandemiya zamanı həmişəkindən daha yaxşı vəziyyətdədir. Lakin epidemiyalara reaksiyanı uzun müddət səciyyələndirən çaxnaşma və etinasızlığı təkrarlamamaq üçün pandemiyadan öyrənməli olduğum dərslər var”.

  //Samir Qurbanov,Editor.az