Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlıq etdi: COVID-19-dan da qorxulu pandemiyaya hazır olunbackend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlıq etdi: COVID-19-dan da qorxulu pandemiyaya hazır olun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, koronavirusdan daha təhlükəli yeni pandemiya təhlükəsini istisna etmək olmaz.

Editor.az bildirir ki, o, bu barədə ÜST-nin Cenevrədə keçirilən illik assambleyasında bildirib. Baş direktor bütün ölkələri belə bir təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb. “COVID-19-un alovlanmasına və ölümlərə səbəb olmaq təhlükəsi hələ də var. Lakin daha da ölümcül potensiala malik yeni patogenin təhlükəsi də mövcuddur”, – deyə ÜST rəhbəri bildirib.

Qeyd edək ki, mayın 5-də ÜST 2020-ci ildə tətbiq edilən COVID-19 pandemiya statusunu ləğv edib. Gebreisus qeyd edib ki, qəbul edilən qərar koronavirusun təhlükə yaratmadığı demək deyil. Mayın 23-dən etibarən Rusiya əməliyyat qərargahı COVID-19 ilə bağlı gündəlik məlumatların dərcini dayandırıb. İndi statistika həftədə bir dəfə çərşənbə axşamı verilir. ABŞ səlahiyyətliləri virusun mənşəyi ilə bağlı suala qəti cavabı olmadığını söyləyib.

  //Samir Qurbanov,Editor.az