UNDP Azərbaycana atəş açırbackend

UNDP Azərbaycana atəş açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin İnkişaf Proqramı (United Nations Development Programme, UNDP) indi Azərbaycana qarşı nifrət və qəzəb platformasına çevrilmiş insanların özlərini çox rahat hiss etdikləri qurumdur.

Təşkilatın erməni əməkdaşları Armen Qriqoryan, Narine Saakyan, Meri Tavukcyan və Stepan Marqaryan sosial şəbəkələrdəki profillərini, akkaunt və səhifələrini sadəcə Azərbaycana yox, bütün türk xalqlarına və millətlərinə kin qusulan virtual məkanlara çeviriblər. Onlar aşkar şəkildə ekstremizm və separatizmi dəstəkləyir, şovinist və islamfob məzmunlu açıqlamalar yayır, BMT əməkdaşı statusundan sui-istifadə edirlər.

UNDP-nin hazırda Şimali Makedoniyada işləyən əməkdaşı, erməni Armen Qriqoryan türk xalqlarına nifrət püskürür.

BMT-nin Türkmənistandakı ofisinin əməkdaşı Narine Saakyan Azərbaycanla Türkiyəni sürəkli aşağılayır, qondarma “erməni soyqırımı” yalanını təbliğ edir.

Türk ulusuna nifrət edən Narinenin Türkmənistanda nə işi var?

BMT-nin daha bir əməkdaşı, erməni Stepan Marqaryan tipik hay düşüncəsi ilə davranır, Azərbaycanın “mövcudluq haqqı olmayan dövlət” olduğunu vurğulayır.

Paradoksal vəziyyət o həddə çatıb ki, BMT-nin strukturu virtual məkanda və onlayn-toplantılarda ölkəmizin hədəf seçilərək “atəş açıldığı” quruma çevrilib.

Halbuki…

  • “Təntənəli şəkildə and içir və söz verirəm ki, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq mülki qulluqçusu qismində üzərim ə düşən öhdəlikləri ehtiyatla, loyallıqla və şüurla icra edəcək, davranışımı sadəcə BMT maraqlarını rəhbər tutaraq reallaşdıracağam. Habelə təntənəli şəkildə vəd edir və söz verirəm ki, BMT əməkdaşları ilə bağlı qaydalara uyğun olan öhdəlikləri icra edəcəyəm”.

Bu kəlmələr BMT-də çalışan istənilən (!) əməkdaşın Andıdır. BMT Andı.

Nə yazıq ki, indi həmin anda BMT-də əməl etməyənlər, bu andı bilmərrə unudanlar az deyil.

BMT Nizamnaməsində vurğulanır ki, təşkilatın əməkdaşlarının ən əsas mənəvi-etik dəyərləri müstəqillik, loyallıq, tərəfsizlik, insan haqlarına sayğı, məsuliyyət və hesabatlara açıq olmaqdır.

Yazdığım kəlmələr BMT üçün deyəsən, qiymətini itirmiş tozlu klişelərə, hətta arxiv eksponatlarına çevrilib. Təşkilatın fəaliyyət prinsiplərinin əsasını təşkil edən məqam gözəldir – milli zəmində qarşıdurmalarsız, dini, irqi və s. səbəblərdən təqiblərin olmadığı, nifrətsiz, düşmənçiliksiz bir dünya.

Son 11 ildə BMT-nin 460 əməkdaşı məhz həmin prinsiplərin bərqərar olması uğrunda həlak olublar. “Mavi dəbilqəlilər” hərbi əməliyyatlara qatılmasalar da, sülhü və əmin-amanlığı bərpa etməyə çalışıblar, indi də çalışırlar.

Lakin BMT bayrağında o qəhrəmanların qanlarının izlərindən savayı, bu təşkilatda işləyən və əməkdaş olan yaramazların nifrətinin, ikiüzlülüyünün, yalanlarının və kinlərinin də izləri var.

UNDP-dəki erməni əməkdaşların mənəviyyatsız, aqressiv mövqelərini görən, amma gərəkli və labüd qərarlar verməyib həmin şəxslərin özlərini çox rahat hiss etmələrinə şərait yaradan rəhbərliyin lal, kar və korluğunu anlamaq çətindir.

Axı BMT Nizamnaməsinə və Andına uyğun olaraq BMT-nin istənilən əməkdaşı bu qurumun hansı strukturunda çalışmasından asılı olmayaraq fəaliyyətlərinin, sözlərinin, dediklərinin və yazdıqlarının sonradan hansı reaksiya doğuracağını bilməlidir.

Çünki onlar ayrı-ayrı dövlətlərin vətəndaşları olsalar da, o dövlətlərin və ya siyasi qrupların maraqlarının təmsilçiləri yox, BMT-nin, yəni dünya birliyinin nümayəndələridir.

UNDP-nin rəhbərliyinin qərəzli və yarıtmaz mövqeyindən dolayı həmin təşkilatda işləyən ermənilər faktiki olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edir, cinayət törədirlər.

Onların hər peşəkar etikanın, BMT əməkdaşının davranış kodeksini, nəyin yasaq olduğunu əla bilirlər.

Lakin UNDP-dəki ermənilər təşkilatın qaydalarına və ümumiyyətlə, BMT Nizamnaməsinə tüpürmək belə, istəmirlər.

UNDP-də çalışan erməni əməkdaşların sosial şəbəkələrdəki profilləri sanki Daşnaksutyunun, Ermənistan Müdafiə Nazirliyinin və Xankəndidəki separatçı rejimin virtual nümayəndəlikləridir.

BMT rəhbərliyinin bilərəkdən laqeydliyi nəticəsində iş o yerə çatıb ki, Narine Aslanyan və ya Stepan Marqaryan kimi ermənilər az qala ASALA terror təşkilatının çağırışlarını paylaşsınlar.

İlk baxışdan qəribə vəziyyətdir və bu səbəbdən də BMT-nin Azərbaycandakı nümayəndəliyinə, habelə UNDP-nin Bakıdakı təmsilçiliyinə suallarım var.

Hörmətsiz cənablar!

UNDP-də çalışmaq üçün hansı yaramazlığı etmək, cinayəti törətmək, hansı səviyyədə şovinist, millətçi, irqçi, islamofob, ksenofob və türk düşməni olmaq gərəkdir ki, karyera ierarxiyasında sürətlə inkişaf edəsən?

UNDP-nin Ermənistan üzrə rezident-koordinatoru, aşkar daşnak, şərəf və ləyaqət kəlmələrinin nə olduğunu çoxdan unutmuş Şombi Şarp kimi qərəzli və yalançı olmaq üçün xüsusi kurslar varmı? Axı məhz Ş.Şarp erməni tərəfdaşlarına yarınmaq üçün Azərbaycanı 44 günlük İkinci Qarabağ Müharibəsində “kaset və klaster sursatlardan istifadə”də suçlayıb.

Hörmətsiz UNDP rəhbərliyi! Təsəvvür edə bilərsinizmi ki, təşkilatın Azərbaycandakı rezident-koordinatoru açıq anti-Ermənistan mövqeyi tutsun, sosial şəbəkələrdə sürəkli olaraq İrəvanı hədəfə alsın? Şəxsən mənimçün belə ehtimal çətindir.

Sayğısız UNDP rəhbərliyinə son sualım: sizin qurumda media ilə əlaqələrə cavabdeh olan şəxslərdə ikiüzlülük və degeneratizm səviyyəyə yaxınlaşan davranış instinktdir, yoxsa xüsusi təlimlərin nəticəsidir? BMT əməkdaşlarının elə həmin təşkilatın Nizamnaməsini və Andını kobud şəkildə pozması ilə bağlı suallara “Müstəqillik və tərəfsizlik məsələlərinə ciddi yanaşırıq” cavabı verilir.

Bu cavab idiotizm deyilsə, nədir?!

BMT-də çalışan bir qrup azərbaycanlı əməkdaş təşkilatın rəhbərliyinə müraciət edərək qurumun nüfuzuna zərbə vuran şəxslər barədə tədbir görülməsini istəyiblər.

Onların yazılı müraciəti qeydə alındı, UNDP rəhbərliyi rəsmi araşdırmaya başladı.

Amma…

Barələrində araşdırma aparılan ermənilər cəzalandırılmaq əvəzinə, karyera pilləkənində yüksəlməyə başladılar, daha önəmli postlara və vəzifələrə təyinat aldılar.

Belədirsə, hörmətsiz UNDP rəhbərliyi – bəlkə artıq maskaları bir kənara atıb BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının qarşısında Birləşmiş Millətlər Təşkilatının mavi bayrağını 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun darmadağın etdiyi separatçı rejimin əski parçası ilə əvəzləyəsiniz?

UNDP-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Yekaterina Paniklova hələ Bakıya gəlməyib. Amma onun kim olduğu artıq bəllidir: sosial şəbəkələrdəki profillərində “dostlar” siyahısında ermənilərin həddən ziyadə olduğu bu xanım Bakıya gəlməzdən əvvəl təcili, az qala qaçaraq Azərbaycan hakimiyyətindəki şəxslərə “dostluq” göndərməyə başlayıb.

Gecdir, Paniklova, çox gecdir.

Azərbaycanın müvafiq dövlət qurumlarının da artıq bu işə qarışmalarını tələb edirəm. UNDP-nin suallara verdiyi marazmatik cavablarla kifayətlənmək olmaz.

UNDP-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Yekaterina Paniklova Bakıda – əgər gələ bilərsə – mövqeyini açıqlamalıdır: Ermənistana və ermənilərə “sevgisi” belə aşkardırsa, rəsmi Bakı ilə tərəfdaş münasibətlərini necə quracaq?

UNDP qarşısında “ya biz, ya Ermənistan” tipli məntiqdən kənar seçim tələbi səsləndirməkdən uhağam. Amma Azərbaycanı və Türkiyəni, ümumiyyətlə, türkdilli xalqları və etnosları təhqir edənlərə göz yuman UNDP rəhbərliyinin davranışı barədə də susmaq niyyətində deyiləm.

Yekaterina Paniklova, anlayın: UNDP-nin bizə münasibəti necədirsə, bizim də bu təşkilata münasibətimiz elə olacaq.

İstənilən əməlin cavabı, yanlış qərarın fəsadları olur.

Buna əsla şübhə etməyin.


Milli.Az