“UNİBANK” BU QIŞIN SOYUĞUNDA ONLARLA AİLƏNİ EVİNDƏN KÜÇƏYƏ TÖKÜR – FAKTLARbackend

“UNİBANK” BU QIŞIN SOYUĞUNDA ONLARLA AİLƏNİ EVİNDƏN KÜÇƏYƏ TÖKÜR – FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə proseslərinin əksəriyyəti müqavilələrdən əmələ gələn öhdəliklər və kredit müqaviləsi üzrə mübahisələr olsa da, “Unibank”ın özü belə məhşər ayağına çəkilərək məhkəməyə verilir.

Məhkəmə proseslərinə və işlərin mahiyyətinə diqqət yetirdikdə isə aydın olur ki, “Unibank”ın bu gün əsas missiyası qışın soyuğunda insanları evlərindən etmək, onları evsiz qoymaqdır.

Bu da onu deməyə əsas verir ki, bank işini sağlam tutmur, bağladığı müqavilələrlə vətəndaşa kömək etmək əvəzinə onu daha da problemə salmağa çalışır. Nəticədə də belə məhkəmə prosesləri ortaya çıxır.

Çünki sözügedən bankın məqsədi verdiyi kreditdən faiz almaq, hanısa məzlumun evini müsadirə etmək, qanunsuz olaraq zənginləşməkdir. Belə bir bankın yüzlərlə, minlərlə ailənin taleyi ilə oynaması isə bank adına ləkədir.

Və bütün bunlardan sonra hansı bankın nüfuzu barədə danışmaq olar ki?!

O məhkəmə işlərindən biri Quba rayonunda Əsədovlar ailəsinə qarşı açılıb. 9 nəfərlik ailəni mənzilindən çıxarmaq üçün məhkəməyə müraciət edən “Unibank”ın işinə Quba Rayon Məhkəməsində hakim Rahim Həsənovun sədrliyi ilə baxılacaq. Tərəflər arasında dörd proses baş tutub, sonuncu iclas 30 yanvar tarixinə təyin edilib.

“Unibank” Lənkəranda da 15 nəfərin mənzildən çıxarıması ilə bağlı məhkəməyə müraciət edib. Mənzil mübahisələri, mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı başladılan işə Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə baxılacaq.

Bir başqa proses isə ipoteka müqaviləsi üzrə mübahisələr, ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələrlə bağlıdır. Bank Həsənovlar ailəsini bu səbəbdən məhkəməyə verib. İşə Bakı Şəhəri Xətai Rayonu Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə bxılacaq. Son prosesdə “Unibank”ın iddiası qismən təmin edilib. Növbəti proses 26 yanvar tarixinə təyin edilib.

Gəncə Şəhər Məhkəməsində isə hakim Camal Quliyevin sədrliyi ilə Əzizov Sərxan, Hüseynova Şəhrəbanı və Həsənli Leylanın işinə baxılacaq. İddiaçı bankın tələbi şəxslərin mənzilindən istifadə hüququna xitam verilməsidir.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə Əhmədova Dilarəyə qarşı qaldırılmış işə baxılacaq. Burada da işin mahiyyəti vətəndaşın mənzilindən çıxarılması ilə bağlıdır.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Zaur Məmmədovun sədrliy ilə bankın vətəndaş Dəmirov Feyruza qarşı irəli sürdüyü işə baxılacaq. İşin mahiyyəti mənzil mübahisələri, mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlıdır.

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə isə vətəndaş Vəliyeva Sevdya qarşı irəli sürülmüş iddiaya baxılacaq. “Unibank”ın tələbi borclunun əmlakı üzərinə həbsin qoyulmasının təmin edilməsidir.

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində hakim Rübabə Qafarovanın sədrliyi ilə Qabilova Məlahət qızına qarşı qaldırılmış iş üzrə iclas keçiriləcək. Bu proses də mülk işi ilə bağlıdır. Bank vətəndaşın mənzil hüququna xitam verilməsini tələb edir.

Tribunainfo.az