UNICEF: COVID-19 qapanmaları hələ də 400 milyon şagirdə təsir edirbackend

UNICEF: COVID-19 qapanmaları hələ də 400 milyon şagirdə təsir edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 23 ölkədə 405 milyon şagirdin təhsil aldığı məktəblərin COVID  epidemiyası səbəbindən hələ də qismən və ya tamamilə bağlandığını açıqlayıb.

Editor.az-ın “BBC türkçe”yə istinadən verdiyi xəbərə görə, təşkilat 147 milyon şagirdin üzbəüz dərslərin ən azı yarısında iştirak edə bilmədiyini də qeyd edib. Bəzi həssas uşaqlar, xüsusilə qızlar açılan məktəblərə qayıda bilməyiblər. UNICEF-in icraçı direktoru Catherine Russell uşaqların “pandemiyanın gizli itirənləri” olduğunu deyib.

“Uşaqlar xəstəliyin ən pis təsirlərinə daha az həssas olsalar da, pandemiya səbəbiylə məktəblərin bağlanması onların həyatlarını alt-üst etdi”- Russell bildirib.

Qeyd edək ki, 2020-ci ilin mart ayına olan məlumata görə, 150 ölkədə məktəblər tamamilə, 10 ölkədə isə qismən bağlanıb. İki il keçsə də, 19 ölkədə məktəblər hələ də qismən bağlıdır. UNICEF-in tam qapanma olaraq təyin etdiyi Filippin, Honduras və Cənubi Sakit Okean Solomon Adaları və Vanuatuda məktəblərin ən azı 70%-i bağlanıb.

//Gülnarə Abasova, Editor.az