UNİCEF-dən xəbərdarlıq: Somali uşaqları aclıq təhlükəsi ilə üz-üzədirbackend

UNİCEF-dən xəbərdarlıq: Somali uşaqları aclıq təhlükəsi ilə üz-üzədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalidə İrandakı müharibənin yardımlara təsir etdiyi və həyati yardım göndərişlərinin qeyri-müəyyən hala gəldiyi qeyd olunub.

Editor.az xəbər verir ki, UNİCEF Somali uşaqları üçün aclığın kritik həddə çatdığı barədə xəbərdarlıq edib. Ölkədə baş verən şiddətli quraqlıq və ard-arda uğursuz yağış mövsümlərinin minlərlə ailəni köçkün vəziyyətinə saldığı bildirilib. Dollow şəhərindəki bir düşərgədə yaşayan ailələrin həyatda qalmaq uğrunda mübarizə apardığı vurğulanıb.

Üç uşağı olan bir qadının “Səhərdən bəri yalnız qara çay içmişəm” sözləri ilə yaşadığı çətinlikləri bölüşdüyü bildirilib. Qadının, quraqlıq səbəbi ilə bütün mal-qarasını itirdikdən sonra kəndini tərk etməyə məcbur olduğu qeyd olunub.

Yardım işçiləri UNİCEF-in bildirdiyinə görə, Somali böhranının yalnız yerli səbəblərlə məhdudlaşmadığını qeyd ediblər. Yaxın Şərqdə baş verən münaqişənin bölgəyə göndərilən yardımlara ciddi təsir göstərdiyi və logistika proseslərini çətinləşdirdiyi bildirilib. UNİCEF-in Somaliyə göndərməyi planlaşdırdığı 15,7 milyon dollarlıq həyati yardımın hazırda qeyri-müəyyən vəziyyətdə olduğu qeyd olunub.

UNİCEF Direktorunun sözləri diqqət çəkib: “Uşaqların artıq sərhəddə olduğunu görürük”. Ekspertlər isə mövcud şərait davam edərsə, humanitar böhranın daha da dərinləşə biləcəyinə dair xəbərdarlıq ediblər.

//Gülnarə Abasova, Editor.az