Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) məlumatına görə, 333 milyon uşaq, dünya uşaq əhalisinin təxminən hər 6-dan 1-i həddindən artıq yoxsulluq içində yaşayır.
Editor.az xəbər verir ki, bu barədə UNICEF və Dünya Bankı birgə hesabat hazırlayıb. Hesabatda həddindən artıq yoxsulluq içərisində yaşayan uşaqların sayının 2013-cü ildən 2022-ci ilə qədər yüzdə 13 azalaraq 383 milyondan 333 milyona düşdüyünə diqqət çəkilib və 30 milyon uşağın hədəfdən geri qaldığı bildirilib.
Gələn həftə Nyu Yorkda başlayacaq BMT Baş Assambleyasının iclaslarında BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də müzakirə ediləcəyinə diqqət çəkən hesabatda bu tempin davam edəcəyi təqdirdə 2030-cu ilə qədər uşaq yoxsulluğuna son qoyulması hədəfinə nail olunmayacağı qeyd edilib. Hesabatda uşaq yoxsulluğunun ən böyük yükünü Sahara-altı Afrika bölgəsinin daşıdığına diqqət çəkilərək, dünyadakı “həddindən artıq yoxsul” uşaqların yüzdə 40-ının bu bölgədə olduğu qeyd edilib.
Hesabatda 2013-cü ildə yüzdə 54,8 olan bu bölgədə uşaq yoxsulluğu nisbətinin 2022-ci ildə yüzdə 71,1-ə yüksəldiyinə də diqqət çəkilib.
Hesabatda UNICEF və Dünya Bankı hökumətləri və maraqlı tərəfləri uşaq yoxsulluğuna son qoymaq üçün bu məsələni prioritetləşdirməyə çağırıb.
//Gülnarə Abasova, Editor.az

