UNICEF Qəzza üçün növbəti dəfə çağırış edibbackend

UNICEF Qəzza üçün növbəti dəfə çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder İsrailin Qəzzada elan etdiyi təhlükəsiz zonaların su, kanalizasiya və sığınacaq olmadığı təqdirdə xəstəlik zonalarına çevrilmə riski olduğunu izah edərək səlahiyyətlilərə xəbərdarlıq edib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin intensiv hücumlar həyata keçirdiyi və böyük dağıntılara səbəb olduğu Qəzzada çalışan Elder Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatılıb:

“İsrailin (Qəzzada) elan etdiyi təhlükəsiz zonalar su, kanalizasiya və sığınacaq olmadan xəstəlik zonalarına çevrilmək riski daşıyır”.

Qəzzada təhlükəsiz adlandırılan bəzi ərazilərin hazırkı vəziyyətdə rasional olmadığını qeyd edən Elder insanların təxliyə olunduğu ərazilərin həyatda qalmaları üçün tibb müəssisələri, su və qida da daxil olmaqla, adekvat resurslara malik olması lazım olduğunu vurğulayıb.

Elder qeyd edib ki, İsrail Qəzzanın cənubundakı bəzi bölgələrin boşaldılmasını tələb etdikdən sonra Qəzzanın şimalında olduğu kimi qadınların, uşaqların və evlərin dağıdılması və ölüm səviyyəsinin cənubda görünməyəcəyi vəd edilsə də bu qətiyyən belə deyil.

//Səbinə Hüseynli, Editor.az