Universitet prorektoru iki övladını qətlə yetirdibackend

Universitet prorektoru iki övladını qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 21-də Türkiyənin Alanya şəhərinin turizm bölgəsindəki oteldə Ukrayna vətəndaşı öz uşaqlarını bıçaqla öldürüb, onların anasını isə öldürməyə cəhd edib.

Editor.az bu barədə “Hürriyyet”ə istinadən xəbər verir. Nəşr bildirir ki, “Ukraynadakı müharibədən qaçan” 38 yaşlı Aleksey Navrotski mübahisə zamanı həyat yoldaşını yaralayıb, dörd yaşlı oğlu və altı yaşlı qızını isə bıçaqlayaraq öldürb. Qışqırıq eşidən qonşular polisə müraciət ediblər. Qatil ata yaxalanıb. Newsroom-un Xarkov nəşri yazıb ki, qatil Aleksey Navrotski Vasili Karazin adına Xarkov Milli Universitetinin elmi işlər üzrə prorektoru, hüquq elmləri doktoru, dosentdir. O, mart ayında öz hesabına məzuniyyətə çıxıb. Məlumatlara görə, o, ruhi xəstədir, trankvilizatorlardan istifadə etdiyindən, anlaqsız vəziyyətdə olub.

  Editor.az