Universitetlər tələbələri necə soyur? – “Dövlət imtahanında 5 min rüşvət alırlar”backend

Universitetlər tələbələri necə soyur? – “Dövlət imtahanında 5 min rüşvət alırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Niyə? Çünki, universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan “təki qəbul olum” prinsipilə məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq”.
Bunu  təhsil eksperti Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, universitetlər bilirlər ki, 150 ballıq ixtisasa 150-200 bal aralığı nəticə əsasında qəbul olan tələbənin potensialı zəifdir və o, 100 faiz semestr imtahanlarında kəsiləcək. Nəticədə fənn üzrə kredit ödəyəcək.
O kredit də yenə gedir universitetin büdcəsinə. Beləliklə, hər iki halda qazanan universitetdir:
“IV kursa kimi birtəhər gələn tələbəni dövlət imtahanında 3-5 min almaqla keçirirsiniz. Bir də illik təhsil haqları, kəsrlərlə təlbələri “vurmayın”. Arada Türkiyəyə baxın. Elə universitetləri var ki, təhsil keyfiyyətinə bizim bir çox universitet yaxın gedə bilməz, amma həmin universitetin illik təhsil haqqı 300-700 manat aralığındadı. Bir sözlə, bizim bəzi universitetlərin 1 illik təhsil haqqı ilə Türkiyədə 4 illik təhsil haqqını bağlamaq olar. Belə olan halda vətəndaş da üz tutur Türkiyə və başqa universitetlərə. Sonra da deyirik ki, hamı qaçır xaricdə təhsil almağa. Düz edirlər. Çünki gənclərin başqa yolu, seçimi yoxdur. İmkan verilmir ki, öz vətənində qalıb təhsil alsın”.
//bakupost.az