Universitetlərdə təhsilin keyfiyyətini artırmaq lazımdır: “Ancaq bu yollarla inkişafa nail olmaq mümkündür”backend

Universitetlərdə təhsilin keyfiyyətini artırmaq lazımdır: “Ancaq bu yollarla inkişafa nail olmaq mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil nazirinin müavini İdris İsayev ali təhsil sistemimin dəyişməli və bu sahədə ciddi islahatlar aparılmalı olduğunu bildirib: “Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər”.

Təhsil eksperti Adil Vəliyev Editor.az-a açıqlamasında ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması istiqamətində görülməli işlərdən danışıb:

” Təhsil müəssisələrimizdə təhsilin keyfiyyəti artırılması istiqamətində hər dəfə bəzi müzakirələr aparılsa da işin praktiki icrası müşahidə olunmur. Məsələn dərsliklərin 5 ildən bir yeniləndiyi deyilir. Ancaq bu yenilənmə hansı əsaslara görə baş verir? Təhsilimizin dünya təcrübəsinə və müasir standartlara əsasən inkişafını istəyiriksə müasir dövrün tələblərini nəzərə almalıyıq. Elektron vəsaitlərin istifadəsi gündəmə gətirilməlidir. Çünki ali təhsil müəssisələrində 1-ci kursda keçirilən fənnlə bağlı informasiyalar tələbə 4-cü kursu bitirib məzun olana qədər yenilənir, ancaq tələbə 1-ci kursda öyrəndikləri ilə kifayətlənmiş olur. Hesab edirəm ki, təhsilin keyfiyyətini artırmaq üçün mütləq universitetlər öz hesabına və ya dövlət proqramı ilə müəllimləri xaricdə təhsilini davam etdirmək üçün göndərməlidir. Daha sonra onlar öyrəndiklərini universitetlərimizdə tətbiq etməlidirlər. Yalnız bu yollarla təhsilin inkişafına nail olmaq mümkündür “.

//Gülnarə Abasova, Editor.az