Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?backend

Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, oktyabr ayı ilə müqayisədə noyabrda 50 kiloqramlıq unun topdansatış qiyməti 70 qəpiyədək artıb.

Milli.Az xəbər verir ki, topdansatış mərkəzlərində qiymətlər 25 manat 95 qəpikdən 28 manat 20 qəpiyədək dəyişir. Ötən ay bu göstərici 25 manat 30 qəpikdən 27 manat 50 qəpiyədək olub.

Məsələ ilə bağlı İqtisadçı Eyyub Kərimli bildirib ki, mövsümlə əlaqədar əsasən taxıl istehsalçısı və əsas ixracatçı olan ölkələrdə taxıl qiymətində artım müşahidə olunur:

“Ölkəmiz taxıl idxalından ciddi şəkildə asılı olduğundan unun qiymətinə müəyyən təsir göstərib. Digər tərəfdən yerli taxıl istehsalında logistika və nəqliyyat xərclərinin artması baş verib”.

Qeyd edək ki, dünya bazarlarında buğdanın ucuzlaşması əsasən məhsulun biçin dövründə müşahidə olunur. Sentyabrın sonunda bu mövsüm bitib. Eyni zamanda Azərbaycanın buğda idxal etdiyi Rusiya sentyabr ayından bu məhsulun xaricə satışına tətbiq olunan rüsumu artırmağa başlayıb”.

Qeyd edək ki, çörəyin qiymətinin artıb-artmayacağı hələ ki qeyri-müəyyəndir.