Uqanda: Qərb əslində Afrika ölkələrini şantaj edirbackend

Uqanda: Qərb əslində Afrika ölkələrini şantaj edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqanda Qərbin şantajına və maliyyə əməliyyatlarının siyasiləşdirilməsinə qarşı çıxmaq üçün SWIFT ödəniş sisteminə alternativlərin axtarışını alqışlayır.

Editor.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Uqandanın xarici işlər naziri Ceje Odonqo deyib. Onun sözlərinə görə, Qərb əslində Afrika ölkələrinin siyasi meyllərini qəbul etməsələr, ödəniş sistemlərinin bağlana biləcəyi fikri ilə onları şantaj edir. O hesab edir ki, Rusiya ilə əlaqələrinə görə istənilən Afrika dövlətinə bu cür sanksiyalar tətbiq oluna bilər. O, mövcud SWIFT-ə alternativin arzuolunan olduğunu və variantlara sahib olmaq üçün araşdırılmalı olduğunu vurğulayıb.

Uqanda Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, SWIFT-ə alternativ lazımdır, çünki şantaj və ya maliyyə əməliyyatlarının siyasiləşdirilməsi halında seçimlər mövcuddur.

//Gülnarə Abasova, Editor.az