Uqandada avtobusun aşması nəticəsində 20 nəfər ölübbackend

Uqandada avtobusun aşması nəticəsində 20 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandanın Fort Portal şəhərindən paytaxt Kampalaya gələn sərnişin avtobusu Kampaladan 300 kilometr aralıda yerləşən Kabarole şəhərində aşıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Uqanda Daxili İşlər Nazirliyinin sözçüsü Faridah Nampiima verib. Hadisə zamanı həyatını itirən 20 nəfərdən yeddisi azyaşlı, 9-unun isə qadın olduğu bildirilib.

Hadisə yerinə çoxlu sayda xilasetmə qrupları göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

//Nəzərbəy, Editor.az